Modilyani, Pikasso və Maleviçin rəsm kolleksiyası 270 milyon dollara hərraca çıxarılır
Amedeo Modilyani, Pablo Pikasso və Kazimir Maleviçin əsərləri də daxil olmaqla 48 rəsmdən ibarət kolleksiya Londonda satışa çıxarılacaq. Onun satışdan əvvəlki qiyməti 200 milyon funt sterlinqə (270 milyon dollar) çatır. Bu barədə 24-25 iyun tarixlərində Britaniya paytaxtında satış keçirəcək Sotheby's hərrac evi məlumat verib.
Kolleksiya onu qızı Vivienne ilə birlikdə yığan britaniyalı iş adamı və investor Co Lüisə məxsusdur.
BBC-nin məlumatına görə, bu, Avropada hərraca çıxarılan tək nəfərlik kolleksiya üçün ən yüksək qiymətdir.
Təklif olunan əsərlər arasında Modilyaninin təxminən 45 milyon funt sterlinq dəyərində olan "Boyunbağı ilə oturmuş çılpaq" əsəri də var. Lucian Freudun "Şirlər olan xalçada yatmış qadın" əsəri 25-35 milyon funt sterlinq, Edgar Deqanın "On dördün kiçik rəqqası" əsəri isə 25 milyon funt sterlinq dəyərində qiymətləndirilir. Maleviçin 1911-ci ildə çəkilmiş "Kəndli qadının başı" əsəri isə 1,5-2 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Kolleksiyada həmçinin Pablo Pikassonun yeddi əsəri, eləcə də Rene Maqrit, Frensis Bekon, Qustav Klimt, Henri Matiss, Henri de Tuluz-Lotrek, Frensis Bekon, Mark Şaqal və digər ustaların rəsmləri yer alır.
Əziz Mustafa

































.jpg)




















.jpg)




























