Aİ Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edə bilər
Avropa İttifaqı, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə qarşı sanksiyalar tətbiq etmək üçün yeni cəhd edəcək.
Çərşənbə axşamı yeni Avropa anti-Rusiya sanksiyaları paketinin layihəsinə baxılmağa başlanıb. Oxuməni.az xəbər verir ki, məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılan şəxslərin siyahısı rəsmi olaraq dərc edilməyib, lakin üç diplomat Euronews-a təsdiqləyib ki, Kirill bu siyahıdadır.
Aİ-də Patriarx, Ukraynadakı müharibəni haqlı çıxarmaq məqsədi daşıyan revizionist təbliğatı yaymaqda ittiham olunur.
Onun rəhbərliyi altında Rus Pravoslav Kilsəsi, Ukrayna müstəqilliyinin ləğv edilməsinə çağıran və işğalı "Müqəddəs müharibə" kimi təsvir edən bir sənədi təsdiqləyib.
Aİ ilk dəfə 2022-ci ildə Kirilıi qara siyahıya salmağa cəhd edib. Lakin o zamankı Baş Nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan, bunu dini azadlıq məsələsi adlandıraraq bu addımı bloklayıb.
Lakin yeni seçilmiş Baş Nazir Peter Madyar, sələfinin ən mübahisəli veto hüququnu ləğv etməyə hazır olduğunu və üstəlik, Kirilıə qarşı sanksiyaları dəstəkləyəcəyini bildirib.
Bununla belə, Kirillin Rus Pravoslav Kilsəsinin rəhbəri kimi xüsusi statusu səbəbindən, Aİ-nin bütün 27 ölkəsinin bu addımı dəstəkləyəcəyi hələ də aydın deyil: sanksiya siyahısına şəxsi daxil etmək üçün yekdillik tələb olunur.
Almaz Həsənli





.jpg)























.jpg)





















































