Yaponiya imperator ailəsi haqqında qanuna dəyişiklik təklifini dəstəkləyib

Yaponiya imperator ailəsi haqqında qanuna dəyişiklik təklifini dəstəkləyib

15:48
Bəyəndim (1) Bəyənmədim (0)


Yaponiyanın siyasi partiyaları taxt-tacın varisliyi böhranı risklərinin artması səbəbindən imperator ailəsinin üzvlərinin sayının qorunması haqqında qanuna dəyişiklik təklifini dəstəkləyiblər.
Oxuməni.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat verir.
Nümayəndələr Palatasının spikeri Eysuke Mori bildirib ki, 13 siyasi partiya və parlament qrupunun görüşündə qanuna dəyişiklik təklifini yeddi partiya dəstəkləyib. Onların arasında baş nazir Sanae Takaitinin rəhbərlik etdiyi hakim Liberal-Demokrat Partiyası (LDP) da var. “Kyodo News” qeyd edir ki, yalnız bir neçə kiçik müxalifət qüvvəsi layihəyə qarşı çıxır.
İmperator ailəsi haqqında mövcud qanuna əsasən, taxt yalnız atadan imperator olan kişi tərəfindən miras qala bilər. Qadınlar evləndikdən sonra imperator statusunu itirirlər. 66 yaşlı imperator Naruhitonun üç varisi var: onun kiçik qardaşı, varis şahzadə Fumihito (60 yaş), onun qardaşı oğlu şahzadə Hisahito (19 yaş) və onun əmısı şahzadə Hitaci (90 yaş).
Təklif olunan iki əsas dəyişiklik qadınların evləndikdən sonra imperator statusunu saxlamağa imkan verəcək və imperator ailəsinə 11 keçmiş ailə qolundan kişiləri övladlığa götürmək hüququ verəcək. Layihə həmçinin qadınların evləndikdən sonra statusu saxlamaq və ya imtina etmək istəklərinin nəzərə alınmasını nəzərdə tutur. Lakin onların ərlərinin və uşaqlarının imperator ailəsinin üzvü statusu alıb-almayacağı məlum deyil.
LDP qanun layihəsini təkmilləşdirib növbəti iclasa təqdim etməyi planlaşdırır, bu iclas iyunun 10-na təyin olunub. Sənədin cari parlament sessiyasının sonuna qədər – iyulun 17-də bitəcək – qəbul ediləcəyi gözlənilir.
Almaz Həsənli