Tramp: İranla razılaşma 2-3 günə əldə olunacaq
ABŞ-ın prezidenti Donald Tramp jurnalistlərlə söhbət zamanı bildirib ki, ABŞ və İran arasındakı münaqişənin həlli ilə bağlı razılaşma iki-üç günə əldə olunacaq. Oxuməni.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
O vurğulayıb ki, gələcək razılaşma İranı istənilən formada nüvə silahına sahib olmaq imkanından tamamilə məhrum edəcək.
Həmçinin, Trampın sözlərinə görə, müvafiq sənədin imzalanmasından sonra "Hürmüz boğazı dərhal açılacaq".
"Biz çox-çox yaxşı bir razılaşma olacaq işin son mərhələsindəyik onun imzalanması iki-üç günə baş verə bilər" - Donald Tramp bildirib.
O vurğulayıb ki, məsələ öz məntiqi sonluğuna o qədər yaxındır ki, həlli üçün cəmi bir neçə gün lazımdır.
"Bunu etmək üçün yaxşı şansımız var. Bir saat ərzində bunu edə bilməliyik" - Donald Tramp vurğulayıb.
Amerika lideri qeyd edib ki, ABŞ və İran çox möhkəm və güclü bir razılaşma əldə etməyə çox-çox yaxındır.
Almaz Həsənli


















































































