Almaniya və Fransa 100 milyard avroluq yeni qırıcı təyyarənin hazırlanmasından imtina edib

Almaniya və Fransa 100 milyard avroluq yeni qırıcı təyyarənin hazırlanmasından imtina edib

11:21
Bəyəndim (1) Bəyənmədim (0)


Almaniya və Fransa hakimiyyəti yeni nəsil qırıcı təyyarənin hazırlanması və yaradılması layihəsindən imtina etmək barədə razılığa gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Qiyməti 100 milyard avroya qiymətləndirilən yeni qırıcı təyyarənin birgə yaradılması layihəsinin perspektivləri barədə müzakirələr Monteneqrodakı Aİ-Qərb Balkanları sammitinin kənarında keçirilib. Almaniya Bundestaqının kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron müzakirələr zamanı layihənin perspektivinin olmadığını qənaətinə gəliblər.
“Reuters”-in alman rəsmilərinə istinadən yazdığına görə, bu nəticəyə gəlməyin səbəbi layihədə iştirak edən silah şirkətləri arasındakı münasibətlərin dayanmış olmasıdır. Onların sözlərinə görə, Merts Makrona qırıcı təyyarə üzərində işləri dayandırmağı məsləhət görüb.
Fransa tərəfi layihənin ətraflı müzakirə olunduğunu bildirib. Paris əsas sənaye tərəfdaşları – Avropa aerokosmik qrupu Airbus və Fransa şirkəti Dassault Aviation ilə razılığa gələ bilməməsinə təəssüf edir.
Yeni qırıcı təyyarənin hazırlanması üzrə birgə layihə 2017-ci ildə Emmanuel Makron və o vaxtkı Almaniya kansleri Angela Merkel tərəfindən başlanmışdı. Fransa prezidentinin ofisindən verilən məlumata görə, onlar Fransa-Almaniya müdafiə sahəsində əməkdaşlığını "həm ölkələr, həm də Avropa tərəfdaşları üçün vacib" hesab edirlər.
Qırıcı təyyarənin 2040-cı ilə qədər hazırlanması planlaşdırılırdı, lakin indi Almaniya layihədən çıxıb və “Financial Times”-ın əlavə etdiyinə görə, müxtəlif qoşun növləri arasında əlaqə yaratmalı olan "döyüş buludu"nun yaradılmasına diqqət yetirməyi təklif edir. Bu, Almaniya, İspaniya və Fransanın iştirak etdiyi Future Combat Air System (FCAS) layihəsidir.
Almaz Həsənli