ABŞ hərbi helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Bazar ertəsi günü Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus AH-64 Apache hücum helikopteri qəzaya uğrayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, hər iki heyət üzvü xilas edilib. Helikopterin vurulub-vurulmadığı, yoxsa qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi hələ də məlum deyil.
AH-64 Apache, ABŞ və NATO ordularının əsas hücum helikopteridir və bütün hava şəraitində zirehli texnikaları məhv etmək, hava hücumundan müdafiə sistemlərini yatırmaq və quru qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Ağır zireh, dəqiq idarə olunan raketlər və 30 mm-lik avtomatik topla təchiz olunub və heyət dəbilqəyə quraşdırılmış hədəf sistemləri vasitəsilə atəşi idarə edir.
Almaz Həsənli


















































































