AB İrana qarşı ilk sanksiyalarını tətbiq edib
Avropa Birliyi Hörmüz boğazının bağlanmasında iştirak edən İran fərdlərinə və təşkilatlarına qarşı ilk sanksiyalarını tətbiq etdi. RİA Novosti xəbər verir ki, bu barədə AB Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas Kiprdə keçirilən AB Müdafiə Nazirlərinin görüşünün ardından keçirilən mətbuat konfransında bildirib.
O, çıxışında nazirlərin İranın Hörmüz boğazını bağlamaq üçün etdiyi hərəkətləri qəbuledilməz hesab etdiklərini qeyd etdi.
"Bu gün Brüsseldə AB üzv dövlətləri Hörmüz boğazından keçidin qarşısını almaqda iştirak edən İran fərdlərinə və təşkilatlarına qarşı sanksiyaları təsdiqlədi", - deyə o qeyd edib.
İran və İsrailin hücumlarını şərh edən Kallas tərəfləri danışıqlara çağırdı, çünki əks halda "bölgədə tammiqyaslı müharibənin yenidən başlaması böyük nəticələrə səbəb olacaq".
Bundan əvvəl Tehran İranın enerji infrastrukturuna təkrar hücum halında bölgədəki bütün ABŞ və İsrail neft və qaz obyektlərinə qarşı qisas almağa hazır olduğunu bəyan etmişdi.
8 iyun gecəsi İsrail qüvvələri İranın Xuzistan əyalətində yerləşən Bəndər-e-Məhşəhr şəhərindəki neft-kimya kompleksinə bir neçə hədəfə zərbə endirib. Buna cavab olaraq İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri İsrailin Hayfa şəhərindəki neft-kimya müəssisələrinə zərbə endirib.
Əziz MUSTAFA


















































































