Fransa Kiprdə qoşun yerləşdirəcək

Fransa Kiprdə qoşun yerləşdirəcək

10:42
Bəyəndim (1) Bəyənmədim (0)


Fransa, 8 iyunda Silahlı Qüvvələrin Statusu haqqında sazişin imzalanmasından sonra Kiprdə (adanın yunan hissəsində) qoşun yerləşdirmək imkanı əldə edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico”, Kipr hökumətinin yüksək vəzifəli mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədi Nikosiyada Fransa Silahlı Qüvvələri naziri Katrin Votren və Kipr Müdafiə naziri Vasis Palmas, Avropa Xarici İşlər Şurasının qeyri-rəsmi iclası çərçivəsində, onun müdafiə formatında imzalayacaqlar.
Kipr Prezidenti Nikos Xristodulidis izah edib ki, saziş "genişləndirilmiş əməkdaşlıq çərçivəsində, yalnız humanitar məqsədlər üçün Kipr ərazisində Fransa qoşunlarının iştirakını nəzərdə tutur".
Adanın şimal - türk hissəsinin (Şimali Kipr Türk Respublikası-red.) administrasiyası sazişə etiraz edib. Adanın türk tərəfinin fikrincə, Fransa qoşunlarının gəlişi türk-kiprlilərin hüquqlarını pozacaq, qüvvələr balansını dəyişəcək və gərginliyi artıracaq. Orada həmçinin vurğulanıb ki, Kipr Respublikasının bütün ada adından belə sazişlər imzalamaq hüququ yoxdur.
Almaz Həsənli