Dominikan Respublikasında təyyarə qəzaya uğrayıb: ölənlər var
Dominikan Respublikasında Gulfstream G200 biznes təyyarəsi qəzaya uğrayıb. Daily Mail-in məlumatına görə, hər iki pilot həlak olub.
İlkin məlumata görə, təyyarə Amerika şirkətinə məxsus idi. Uçuş zamanı heyət həyacan siqnalı verdi və təcili eniş etmək qərarına gəldi. Problemlərin La Romana Beynəlxalq Hava Limanından təxminən 16 mil məsafədə baş verdiyi bildirilir.
Təyyarəni eniş etdirmək cəhdi uğursuz oldu. Qəzadan sonra biznes təyyarəsi partladı və alovlar bütün gövdəni tez bir zamanda bürüdü. İlkin məlumatlara görə, göyərtədə yalnız iki pilot olub; hər ikisi həlak olub. Sərnişinlər və ya stüardessalar barədə heç bir məlumat verilməyib.
Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində işə başlayıblar. Respublikanın aviasiya orqanları qəzanın səbəbini araşdırır.
Xatırladaq ki, Aydaho ştatındakı Mountain Home Hərbi Hava Qüvvələri bazasında keçirilən Gunfighter Skies aviasiya şousu zamanı iki ABŞ hərbi təyyarəsi toqquşub. Hər iki pilot qəzadan sonra katapult etməyi bacarıb.
Həmçinin bildirilib ki, İsveçrənin cənubundakı Ticino kantonunda təxminən 20 metr hündürlükdən vertolyotun düşməsi nəticəsində altı nəfər xəsarət alıb.
Əziz MUSTAFA


















































































