Litva ÜDM-nin 5%-dən çoxunu müdafiəyə xərcləməyi planlaşdırır

Litva ÜDM-nin 5%-dən çoxunu müdafiəyə xərcləməyi planlaşdırır

16:12
Bəyəndim (2) Bəyənmədim (0)



Litva müdafiə xərcləri üzrə NATO-nun liderinə çevrilib.
Xərclərin artması Ukraynadakı müharibə və Baltikyanı ölkələrdə Rusiyadan mümkün təhdidlərlə bağlı narahatlıqlar fonunda müdafiə qabiliyyətini gücləndirmək proqramının bir hissəsidir.
Litva bu il müdafiə xərclərini ÜDM-nin 5,38%-nə çatdırmaq və müdafiə xərclərini 5% həddini aşan ilk NATO ölkəsi olmaq niyyətindədir. Ölkənin Xarici İşlər Nazirliyi bunu açıqladı.
Müdafiə naziri Robertas Kaunasın sözlərinə görə, xərclər 4,79 milyard avro təşkil edəcək. Əvvəlki illərdə ölkənin müdafiə xərcləri ÜDM-in 3%-ni keçib. 2026-cı ildə onları daha 1,59 milyard avro artırmaq planlaşdırılır.
"Təhlükəsizliyimizə investisiya qoymasaq, heç kim bizi qorumağa gəlməyəcək", - deyə Kaunas izah etdi. O, qeyd etdi ki, milli müdafiə iki prinsip üzərində qurulur: milli imkanlar və NATO daxilində kollektiv müdafiə.

Silahlı Qüvvələrin modernləşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin inkişafı və ağır hərbi texnikanın alınması üçün əlavə vəsait ayrılır.

Litva yeni hava hücumundan müdafiə sistemləri əldə etmək və ballistik və qanadlı raketlərə qarşı müdafiə avadanlıqlarının çatışmazlığını aradan qaldırmaq niyyətindədir. Ən böyük layihələrdən biri Alman Leopard 2A8 tanklarının tədarükü üçün müqavilə olacaq. Dövlət müdafiə fondu vasitəsilə təhlükəsizlik layihələri üçün daha 700 milyon avro ayrılacaq.

Xərclərin artırılması qərarı NATO daxilində müdafiə büdcələrinin tədricən artırılması ilə bağlı razılaşmalar fonunda gəlir.

Alyansın Haaqada keçirilən sammitində ölkələr hərbi xərclər hədəfini 2035-ci ilə qədər ÜDM-in hazırkı 2%-dən 5%-ə qədər artırmaq barədə razılığa gəliblər. Zirvə bəyannaməsinə əsasən, ÜDM-in ən azı 3,5%-i əsas müdafiə ehtiyaclarına və NATO-nun hərbi məqsədlərinin yerinə yetirilməsinə, ÜDM-in isə 1,5%-ə qədəri isə kritik infrastrukturun qorunmasına, iqtisadi dayanıqlığın artırılmasına, innovasiyaya və müdafiə sənayesinin inkişafına ayrılmalıdır.

Avropa NATO ölkələri ilk dəfə olaraq müdafiəyə 500 milyard dollardan çox pul xərcləyiblər.

Əziz MUSTAFA