Dünyanın ilk üzən şəhəri: Freedom Ship 4 il ərzində istifadəyə veriləcəyi vəd edilir
Amerikanın “Freedom Cruise Line International” şirkəti məşhur memarlıq bürosu Schopfer Associates LLC ilə birlikdə dənizdə yeni şəhər layihəsi — misilsiz meqalayner Freedom Ship-i hazırlayıb. Bu, sadəcə uzunluğu 1,5–1,8 kilometr olan nəhəng kruiz gəmisindən ibarət deyil, 80 min sakinə hesablanmış həqiqi meqapolisdır: 50 000 daimi sakin, 20 000 heyət üzvü və 10 000 müvəqqəti qonaq. Oxuməni.az xəbər verir ki, bu barədə “hi-tech.mail.ru” məlumat verib.
Layihə müəllifləri bildirirlər ki, Freedom Ship açıq dənizdə tam hüquqlu şəhər olacaq. Gəminin gövdəsində yaşayış məhəllələri, məktəblər, banklar, mağazalar, xəstəxana, muzeylər, restoranlar, parklar, akvapark və 15 min tamaşaçı tutumlu idman stadionu yerləşdiriləcək. Gəmi daxilində hərəkət üçün daxili nəqliyyat sistemi və onlarla kilometr piyada zonaları nəzərdə tutulub.
Ölçülərinə görə gəmi mövcud dəniz limanlarına daxil ola bilməyəcək. Gəminin beynəlxalq sularda daimi qalması və hər iki-üç ildən bir dünya ətrafı səyahət etməsi planlaşdırılır. Sahil ilə əlaqə katerlər, paromlar və vertolyotlar vasitəsilə təmin olunacaq.
Layihənin dəyəri təxminən 15–16 milyard dollar qiymətləndirilir. Əsas enerji mənbəyi kimi nüvə qurğusu nəzərdə tutulur. Təşəbbüsün müəlliflərinin sözlərinə görə, zəruri maliyyə təmin edildikdən sonra tikinti təxminən dörd il çəkə bilər.
Almaz Həsənli


















































































