KTMT "Sarsılmaz Qardaşlıq-2026" və "Maneə-2026" təlimləri  oktyabr ayında Belarus ərazisində keçiriləcək

KTMT "Sarsılmaz Qardaşlıq-2026" və "Maneə-2026" təlimləri oktyabr ayında Belarus ərazisində keçiriləcək

14:00
Bəyəndim (1) Bəyənmədim (0)

2-4 iyun tarixlərində Belarusda KTMT Sülhməramlı Qüvvələri ilə "Sarsılmaz Qardaşlıq-2026" komanda məntəqəsi təliminə və KTMT radiasiya, kimyəvi və bioloji müdafiə və tibbi dəstək bölmələrinin birgə formalaşdırılmasını əhatə edən "Maneə-2026" xüsusi təliminə hazırlıq məqsədilə ikinci qərargah danışıqları keçirildi.

Təşkilatın mətbuat xidmətinin məlumatına görə, tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın müvafiq nazirlik və qurumlarının, eləcə də KTMT Birgə Qərargahı və Katibliyinin nümayəndələri iştirak edib.

Danışıqlar zamanı tərəflər təlim konsepsiyaları, komandanlıq orqanlarının və milli kontingentlərin tərkibi, praktiki təlimlərin keçirilməsi qaydası və hərtərəfli dəstək tədbirləri barədə razılığa gəliblər.

İştirakçılar həmçinin Losvido və Starodorojski təlim poliqonlarında təlim sahələrinin kəşfiyyatını aparıblar.

Təlimlər 2026-cı ilin oktyabr ayında Belarus ərazisində keçiriləcək. Manevrlər KTMT Kollektiv Sülhməramlı Qüvvələri tərəfindən sülhməramlı əməliyyatın hazırlanması və keçirilməsi, eləcə də bioloji təhlükə mənbələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi üçün planlaşdırılır.

Əziz MUSTAFA