Putin Avropanın Ukrayna danışıqlarında iştirakını rədd edib
Putin Avropa liderlərinin Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etməsi ideyasını rədd edib və Alyaskada onunla Tramp arasında əldə edilən sülh razılaşmasında israr edib.
Oxuməni.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Nəşr anonim rəsmilərə istinadən qeyd edib ki, Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri danışıqlarda mümkün iştirakı müzakirə ediblər. Onlar həmçinin iştiraklarını Ukrayna tərəfi ilə əlaqələndiriblər.
Lakin Putin özü Ankoricdə keçirilən görüşdə ABŞ prezidenti Donald Trampla kompromis razılaşmasına nail olduğunu israr edib. O, həmçinin bildirib ki, Avropa "silah tədarük etməklə deyil, Kiyev hakimiyyətini müzakirə etdiyimiz kompromislərə razı salmağa çalışmaqla" müharibənin bitməsində rol oynaya bilər.
Nəşr xatırladıb ki, Putin Kiyevdən bütün Donbası təslim etməyi tələb edir və bunun müqabilində hazırkı cəbhə xəttində döyüşləri dayandıracağına söz verib. Jurnalistlər qeyd ediblər ki, məhz bu gərginlik fonunda ABŞ-ın iştirakı ilə Ukrayna ilə Rusiya arasında danışıqlar çıxılmaz vəziyyətə düşüb. Nəşr əlavə edib ki, Trampın İranla müharibəyə diqqəti də buna səbəb olub.
Almaz Həsənli


















































































