Meksika polisi ABŞ sərhədindən yeraltı keçid aşkar edib

Meksika polisi ABŞ sərhədindən yeraltı keçid aşkar edib

15:49
Bəyəndim (1) Bəyənmədim (0)


Meksika və ABŞ polisi Tixuana yaxınlığında sərhəddən keçən bir tunel aşkar ediblər. Oxuməni.az “nypost.com” saytına istinadla xəbər verir ki, bu barədə Meksika Baş Prokurorluğu məlumat verib. Hal-hazırda sərhədin hər iki tərəfindəki hüquq-mühafizə orqanları birgə araşdırma aparır.
Gizli yeraltı keçid şənbə günü Nueva Tixuana rayonunda Meksika federal hakimiyyət orqanlarının xüsusi əməliyyatı zamanı aşkar edilib. Marşrutun dərinliyi 6 metrdən çox, ümumi uzunluğu isə təxminən 265 metr olub.
Yeraltı dəhliz Tixuana şərqindəki şəxsi evdə axtarış aparıldıqdan sonra aşkar edilib. Müstəntiqlər sursat, mobil telefonlar, bank kartları, rəqəmsal videomaqnitafon və onlarla doza metamfetamin müsadirə ediblər.
Müstəntiqlərin sözlərinə görə, ev cinayətkar qruplar üçün logistika mərkəzi kimi xidmət edib, burada narkotik, silah və partlayıcı maddələr saxlanılıb və paylanıb. Bütün sübutlar Meksika federal prokurorluğuna təhvil verilib.
Hadisə ilə bağlı ABŞ-da da araşdırma başlayıb. San Dieqodakı Milli Təhlükəsizlik Təhqiqatları (HSI) ofisinin xüsusi agentləri Tixuana ilə Kaliforniya arasındakı sərhəd keçid məntəqəsi olan Otay Mesa bölgəsində əməliyyata başlayıblar.
Almaz Həsənli