Brent nefti ucuzlaşıb

Brent nefti ucuzlaşıb

16:03
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün günortadan sonra neft qiymətləri enişini sürətləndirib, çünki treyderlər Yaxın Şərqdəki hadisələri izləməyə davam edirlər. Bu barədə Oxuməni.az “İnterfax”a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 15:11-ə qədər Londonun ICE Futures birjasında avqust ayı üçün Brent fyuçersləri 1,36 dollar (1,43%) azalaraq barrel üçün 93,62 dollara düşmüşdü. NYMEX birjasında iyul ayı üçün WTI fyuçersləri bu vaxta qədər 1,32 dollar (1,43%) azalaraq barrel üçün 90,84 dollara düşmüşdü.
Bir gün əvvəl İran mediasının İranın ABŞ ilə bütün əlaqələri dayandırdığını elan etməsi barədə xəbərlərindən sonra Brent və WTI qiymətləri müvafiq olaraq 4,2% və 5,5% artmışdı.
Almaz Həsənli