Pakistanda toz fırtınası baş verib: 4 nəfər ölüb, 60 nəfər yaralanıb

Pakistanda toz fırtınası baş verib: 4 nəfər ölüb, 60 nəfər yaralanıb

16:06
Bəyəndim (1) Bəyənmədim (0)

Pakistanın Sind əyalətində şiddətli toz fırtınası nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub, 60 nəfər yaralanıb. Fırtına ağacları, divarları və günəş panellərini aşırıb, çoxsaylı evlərə və infrastruktura ziyan vurub. Pəncab əyalətində elektrik xətlərinin sıradan çıxması genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub və M-5 magistral yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Bölgələrdə xilasetmə və bərpa işləri davam edir.
Xüsusilə Qorax Təpəsi ərazisi çox zərər çəkib, güclü küləklər evlərin damlarını uçurub və günəş enerjisi sistemlərinə zərər verib.

Hakimiyyət orqanları fırtına zamanı ağacların, divarların və günəş panellərinin yıxılması nəticəsində biri uşaq olmaqla dörd nəfərin öldüyünü bildirib.
Qotka administrasiyasının açıqlamasında bildirilir ki, yaralılardan 60 nəfər müalicə üçün xəstəxanalara aparılıb.

Xilasedicilər zərər çəkmiş ərazilərdəki ziyanı qiymətləndirməyə davam edirlər.
Fırtına Pəncab əyalətinin Rajanpur rayonuna da təsir edib. Güclü küləklər çoxsaylı ağacları kökündən qoparıb, reklam lövhələrini yıxıb və elektrik xətlərini sıradan çıxarıb.

Elektrik kəsintiləri bir çox kəndi elektriksiz qoyub.
Yüksək gərginlikli elektrik xətlərinin yıxılması səbəbindən M-5 magistral yolu bağlanıb. Hakimiyyət orqanları bəzi ərazilərdə nəqliyyatın təhlükəsizlik səbəbi ilə məhdudlaşdırıldığını açıqlayıb.
Fırtınadan zərər çəkmiş ərazilərdə xilasetmə işləri davam edir və hakimiyyət orqanları vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Əziz MUSTAFA