ABŞ Polşa və Baltikyanı ölkələrdə nüvə silahlarının yerləşdirilməsi barədə danışıqlar aparır

ABŞ Polşa və Baltikyanı ölkələrdə nüvə silahlarının yerləşdirilməsi barədə danışıqlar aparır

15:07
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Avropanın bir neçə başqa ölkəsində nüvə silahlarını yerləşdirmək barədə danışıqlar aparır. Oxuməni.az xəbər verir ki, "Financial Times" qəzetinin müzakirələrin gedişindən xəbərdar olan mənbələrinin məlumatına görə, söhbət nüvə silahları daşıya bilən Amerika bombardmançı təyyarələrindən gedir.
Hazırda bu cür təyyarələr altı ölkədə yerləşir. Rusiyanın sərhədlərinə daha yaxın yerləşən NATO üzvləri, o cümlədən Polşa və Baltikyanı ölkələr öz ərazilərində bombardmançı təyyarələr yerləşdirməkdə maraq göstəriblər.
Nüvə silahları daşıya bilən Amerika bombardmançı təyyarələrinin yerləşdiyi ölkələrin siyahısının genişləndirilməsi müzakirələri NATO-nun ABŞ müttəfiqlərini əmin etməlidir ki, ənənəvi hərbi dəstəyin azaldılması təhlükəsizlik zəmanətlərini zəiflətməyəcək.
Xatırladaq ki, 1997-ci il tarixli Rusiya-NATO sazişində Şimali Atlantika Alyansının "yeni üzvlərin ərazilərində nüvə silahları yerləşdirmək niyyəti, planı və ya səbəbi olmadığı" təsbit olunur. Bununla belə, 1999-cu ildə NATO-ya üzv olmuş Polşanın hakimiyyəti dəfələrlə öz ərazilərində Amerika nüvə silahlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.
Almaz Həsənli