Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

11:04
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb.
Oxuməni.az xəbər verir ki, Ağ Evin rəsmi saytının məlumatına görə, bu vəzifəyə Aleksandr Alden namizəd göstərilib.
Qeyd edək ki, Alden daha əvvəl ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentagonda rəhbər vəzifələrdə çalışıb.
Konfliktlər və stabilləşdirmə əməliyyatları üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən şəxs olaraq, o, 2020-ci ildə qəbul edilmiş ABŞ-ın Konfliktlərin Qarşısının Alınması və Stabilliyin Təşviqi Strategiyasının həyata keçirilməsinə cavabdeh olub.
Vəzifəyə başlaması üçün onun namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Mark Libbi, səhhəti ilə bağlı problemlər səbəbindən 2024-cü ilin dekabrında bu vəzifədən istefasını elan etmişdi.
Almaz Həsənli