Somali sahillərində tanker qaçırılıb
Somali sahillərində neft tankeri qaçırılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Somali radiosu “Dalsan”, yerli rəsmilərə və Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat verib.
Neft məhsulları daşıyan tanker, ehtimal ki, Somali piratları tərəfindən Somali şimal-şərq sahillərində qaçırılıb, RİA Novosti agentliyi bu xəbəri yayıb.
Qeyd olunur ki, Berbera limanından Somali paytaxtı Moqadişoya gedən gəmi Puntlend bölgəsi yaxınlığında saxlanılıb.
“Dalsan”-ın məlumatına görə, tanker Pakistanlı iş adamına məxsusdur.
Səlahiyyətlilər hələlik gəmidə olan heyət üzvlərinin sayını açıqlamayıblar.
İstintaq davam edir.
Almaz Həsənli
Digər xəbərlər




















































































