Rusiyadan Ermənistana balıq tədarükünə məhdudiyyətlər qoyulacaq

Rusiyadan Ermənistana balıq tədarükünə məhdudiyyətlər qoyulacaq

15:06
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan tərəfindən tədarük edilən canlı balıq və balıq məhsullarının demək olar ki, hamısı Rusiyada qadağa altına alınıb. Oxuməni.az xəbər verir ki, bu barədə yeni məhdudiyyətlər barədə "Rosselxoznadzor" (Rusiya Kənd Təsərrüfatı Nəzarəti Xidməti) məlumat verib.
Qurumdan verilən məlumata görə, rəsmilər Ermənistanın balıq emalı müəssisələrinə, həmçinin forel yetişdirilən fermalara baxış keçiriblər. Yoxlama mayın 21-27-də aparılıb. Eyni zamanda, rəsmilər iddia edirlər ki, müəssisələrin 50%-i yoxlamadan imtina edib.
"Yoxlamanın nəticələrinə əsasən, 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistan tərəfi, yoxlamadan keçən iki şirkət istisna olmaqla, bütün Ermənistan şirkətlərindən Rusiya alıcılarına canlı balıq və dayandırmalıdır", - deyə "Rosselxoznadzor" bildirib.
balıq məhsullarının baytarlıq sertifikatlaşdırılmasını mövcud vəziyyət tənzimlənənə qədər Rusiyaya idxal üçün yalnız yoxlamadan keçən iki zavoddan gələn balıq məhsullarına icazə veriləcək - və yalnız "təhlükəsizlik göstəriciləri üzrə laborator monitorinq şərti ilə".
Xatırladaq ki, mayın sonunda "Rosselxoznadzor" ardıcıl olaraq Ermənistandan bir sıra məhsulların idxalını qadağan etmişdi: əvvəlcə güllər, sonra "Jermuk" mineral suyu, tərəvəzlər, göyərtilər və çiyələk. Bu qadağalar iyunun 7-də keçiriləcək Ermənistan parlament seçkilərinə hazırlıq fonunda qoyulur.
Almaz Həsənli