Hamburqlular referendumda Olimpiadanı rədd etdilər

Hamburqlular referendumda Olimpiadanı rədd etdilər

13:18
Bəyəndim (1) Bəyənmədim (0)


Hamburq sakinləri bazar günü keçirilən referendumda şəhərdə Olimpiya Oyunlarının keçirilməsi ideyasını rədd ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat verib.
Səsvermənin yekun nəticələri elan olunmamışdan əvvəl, bələdiyyə başçısı Peter Çençer səsvermənin nəticələrinin aydın olduğunu bildirib. Son məlumatlara görə, səs verənlərin 54,9%-i Olimpiadaya "yox" deyib. Təşəbbüsü dəstəkləyənlər isə 45,1% təşkil edib.
Çençer artıq Almaniya idman rəsmilərinə "Hamburqun Olimpiya Oyunlarının keçirilməsi üçün müraciətini geri götürdüyünü" bildirib. Bələdiyyə başçısı "səsvermənin nəticələrinə görə dərin təəssüf hissi keçirdiyini" bildirib, lakin referendumun nəticələrinin hakimiyyət üçün icra edilməli olduğunu qeyd edib.
Referendumda 16 yaşdan yuxarı olan 1 315 800 Hamburq sakini səsvermə hüququna malik idi. Seçki komissiyasının məlumatına görə, onlardan təxminən 650 min nəfər və ya 49,5%-i səs verib.
Bu, Hamburqda Oyunların keçirilməsinin tərəfdarları üçün ikinci məğlubiyyətdir. 2015-ci ildə də sakinlər müraciətə qarşı çıxmışdılar. O zaman referendumda 51,6% "yox", 48,4% isə "bəli" demişdi.
Hamburqun 2036, 2040 və ya 2044-cü illər Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi üçün müraciətinin rədd edilməsindən sonra, Almaniya adından iddiaçılıq uğrunda Münhen, Berlin və Kölndə mərkəzləşən Reyn-Rur regionu mübarizə aparacaq.
Nəhayət qərar Almaniya Olimpiya İdman İttifaqı (DOSB) tərəfindən sentyabrın 26-da qəbul ediləcək.
Almaz Həsənli