İranda Pezeşkiyanın istefası barədə məlumatlar təkzib edildi

İranda Pezeşkiyanın istefası barədə məlumatlar təkzib edildi

12:20
Bəyəndim (1) Bəyənmədim (0)


İran prezidenti Məsud Pezeşkiyan vəzifəsini icra etməyə və xalqın mənafelərinə xidmət etməyə davam edəcək.
Oxuməni.az-ın məlumatına görə, bunu prezident administrasiyasının kommunikasiyalar departamentinin rəis müavini Mehdi Təbatəbai sosial şəbəkə X-də yazıb.
"Son bir neçə ayda ilk dəfə deyil ki, bəzi xarici KİV-lər prezidentin istefası barədə həqiqətlə əlaqəsi olmayan və daha əvvəl dəfələrlə təkzib edilmiş şayiələr yayır", - deyə İran hökumətinin informasiya şurasının rəhbəri Əlyas Xəzrati X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, daha əvvəl "Iran International" İran prezidenti Məsud Pezeşkyanın dövlət hakimiyyətinin əsas sahələrinin SEPAH-ın komandirlərinin tam nəzarəti altına keçməsi səbəbindən istefa verdiyini bildirmişdi.
Almaz Həsənli