Putin Paşinyanı ad günü münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin telefonla Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib. Oxuməni.az xəbər verir ki,Kremlin mətbuat xidmətinin məlumatına görə, daha əvvəl Rusiya lideri Ermənistan Nazirlər Kabinetinin rəhbərinə təbrik teleqramı da göndərib.
Paşinyan Putinə təbriklərinə və xoş arzularına görə təşəkkür edib. Ermənistanın Baş naziri, həmçinin Rusiya Prezidentinə Loru vilayətində sel nəticəsində dağılmış dəmir yolu hissələrinin Rusiya Dəmir Yolları tərəfindən mümkün qədər tez bərpa edilməsi barədə tapşırığına görə minnətdarlığını bildirib.
Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan hakimiyyətinin hərəkətləri ilə əlaqədar Moskvaya çağırılmışdı. Diplomatla Yerevanın Avropa İttifaqı ilə yaxınlaşması istiqamətində atacağı addımlarla bağlı məsləhətləşmələrin aparılacağı dəqiqləşdirilib.
Xatırladaq ki, Nikol Paşinyan iyunun 1-də 49 yaşını qeyd edir. O, 2018-ci ildən Ermənistanın Baş naziri vəzifəsini tutur.
Almaz Həsənli




















































































