ABŞ və Türkmənistan iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

ABŞ və Türkmənistan iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibinin müavini Kristofer Landau və Türkmənistan xarici işlər naziri Rəşid Meredov əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.
ABŞ dövlət katibinin müavini Kristofer Landau və Türkmənistan xarici işlər naziri Rəşid Meredov 27 mayda Vaşinqtonda keçirilən görüşdə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasında bildirilib.

Piqot qeyd edib ki, Landau və Meredov "ABŞ və Türkmənistana fayda verəcək ticarət əlaqələrinin daha da genişləndirilməsini" müzakirə ediblər. "Onlar həmçinin iqtisadi əlaqələrin, mədəni və təhsil mübadilələrinin və ikitərəfli təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini qeyd ediblər", - deyə Piqot əlavə edib.
Əziz MUSTAFA