Dronlar tərəfindən Rusiya Qara dəniz donanmasına hücum edilb, Krımda partlayışlar baş verib

Dronlar tərəfindən Rusiya Qara dəniz donanmasına hücum edilb, Krımda partlayışlar baş verib

14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Sevastopol körfəzi yaxınlığında yanğın davam edir və Rusiya Qara dəniz donanması Hərbi Hava Qüvvələrinin qərargahında raket zərbəsi qeydə alınıb. Oxuməni.az xəbər verir ki, bu barədə Krımski Veter Telegram kanalının yaydığı məlumatda deyilir.

27 may gecəsi müvəqqəti işğal altında olan Krımda partlayışlar eşidilib. Krımski Veter Telegram kanalına görə, yüksək səslər Simferopol və Sevastopolda eşidilib.

Baş qərargahın dağıdılmasından sonra əsas komanda məntəqəsi olan Rusiya Qara dəniz donanması Hərbi Hava Qüvvələrinin qərargahına raket zərbəsi endirilib. Yanğın baş verib. Dronlar həmçinin Fiolent burnundakı aerodromlara və hərbi hissələrə hücum edib.

Əvvəlcə Fiolent burnunda güclü partlayışlar eşidilib. Daha sonra işğalçı qüvvələrin hava hücumundan müdafiə sistemlərinin Tavriçeskaya İstilik Elektrik Stansiyasında fəaliyyət göstərdiyi Simferopolda partlayışlar barədə məlumatlar yayılmağa başladı.

Bunun ardınca "Krım Küləyi" Sevastopolun şimal tərəfində atəş səsləri və partlayışlar barədə məlumat verdi. Kaça və Belbek aerodromlarının yaxınlığında da yüksək səslər eşidildi.

Səhərə yaxın Simferopolda yenidən partlayışlar eşidilməyə başladı və Sevastopolda dörd güclü partlayışdan sonra Sevastopol körfəzi və Sapun dağı yaxınlığında bir şey tüstülənməyə başladı.

Xatırladaq ki, Xerson vilayətinin işğal olunmuş hissəsindəki Rusiya işğal hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin artan hücumlarından sonra yük maşınlarının "quru dəhlizi" boyunca Krıma hərəkətini məhdudlaşdırdı.

Əziz MUSTAFA