Terminalda unudulmuş qızıl çanta sahiblərinə qaytarılıb
Bursanın İnegöl rayonunda, avtobus terminalında unudulmuş təxminən 3,5 milyon lirə dəyərində qızıl olan çanta polisin işi sayəsində sahiblərinə qaytarılıb.
İnegöl avtobus stansiyasında təhlükəsizlik işçiləri nəzarətsiz çantanı görüb polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları çantada külli miqdarda qızıl və zinət əşyaları aşkar ediblər. Polis çantanın sahibini tapmaq üçün stansiyadakı CCTV görüntülərini yoxlamağa başlayıb.
Təxminən bir saatlıq axtarışdan sonra 3,5 milyon lirə dəyərində qızıl və zinət əşyaları olan çanta sahiblərinə qaytarılıb. Məlumata görə, çantanı götürən cütlük daha sonra avtobusla Ərzuruma gedib.
Əziz Mustafa
Digər xəbərlər


























































.jpg)























