Baş katib Lebedev: Moldovanın MDB-dən çıxması prosesi artıq başlayıb
Moldovanın Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrindən çıxması prosesi artıq başlayıb; respublika MDB İcraiyyə Komitəsinə müvafiq ərizə təqdim edib. Bu barədə təşkilatın baş katibi Sergey Lebedev mayın 26-da "Müstəqil Dövlətlər Birliyinin 35 ili: Nəticələr, Məqsədlər və Perspektivlər" mövzusunda dəyirmi masa müzakirəsi zamanı bildirib. Oxuməni.az bu barədə TASS-a istinadən məlumat yayıb
"Moldova bizə məlumat verib. Biz proseduru başlatmışıq. Bu, bir il davam edəcək",-Lerbedev deyib.
Lebedev qeyd edib ki, Kişinyov həmçinin MDB ilə iqtisadi əməkdaşlığı davam etdirmək istəyini ifadə edib.
MDB Üzv Dövlətlərinin Xarici İşlər Nazirliklərinin Hüquq Xidmətləri Rəhbərlərinin Məşvərət Komitəsinin 15 may tarixli iclasından sonra Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Birlikdən çıxmasının vətəndaşları üçün mənfi nəticələrə səbəb olacağını bildirib. Qeyd olunur ki, iclasda Moldovanın Birlikdən çıxması ilə bağlı prosedurların başlanması müzakirə olunub.
Moldova xarici işlər naziri Mihai Popşoi 15 apreldə ölkənin Minskdəki MDB Katibliyinə çıxması ilə bağlı rəsmi bildiriş göndərdiyini açıqlayıb. Müəyyən edilmiş prosedurlara əsasən, ölkə 8 aprel 2027-ci ildə MDB-dən birdəfəlik çıxacaq.
Əziz MUSTAFA


























.jpg)










































.jpg)













