Qətər, ABŞ ilə razılaşma üçün İrana 12 milyard dollar təklif etdiyi barədə məlumatı təkzib etdi
Qətər Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari, Dohanın Vaşinqtonla münaqişənin həlli üzrə razılaşma əldə etmək üçün Tehrana 12 milyard dollar təklif etdiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə Oxuməni.az “TASS”a istinadla xəbər verir ki,
"Qətər dövlətinin razılığın əldə olunmasını təmin etmək üçün İrana 12 milyard dollar təklif etdiyi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Onlar razılığı [ABŞ və İran arasında] pozmaq və regionda gərginliyin azaldılması və sabitliyin gücləndirilməsinə yönəlmiş diplomatik səyləri zəiflətmək istəyən tərəflər tərəfindən yayılır", - deyə o, X-də yazıb.
Daha əvvəl Londonda yerləşən "Iran International" telekanalı mənbəyə istinadən iddia etmişdi ki, İran ABŞ ilə danışıqların davam etdirilməsi üçün ilkin şərt olaraq Qətərdəki hesablarında saxlanılan 12 milyard dollarlıq aktivlərinin dərhal dondurulmasını tələb edib. Onun məlumatına görə, bu məbləğ sanksiyaların mərhələli ləğvi çərçivəsində yalnız ilk hissə olmalı idi. Sonradan sosial şəbəkələrdə bu tələblər Qətərin öz vəsaitindən Tehrana ödəməyə hazır olması barədə iddialara çevrilib.
Bazar ertəsi günü İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi başda olmaqla İran nümayəndə heyəti Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə ABŞ ilə mümkün razılaşma barədə məsləhətləşmələr üçün Dohaya gəlib. Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə mümkün razılaşma çərçivəsində İran aktivlərinin dondurulması məsələsini müzakirə etmək üçün İran Mərkəzi Bankının rəhbəri də daxil olub.
Almaz Həsənli








.jpg)
















































.jpg)

























