Böyük Britaniya, Fransa və daha üç ölkə NATO-nun Ukraynanı maliyyələşdirmək planına qarşı çıxıblar
Böyük Britaniya, Fransa və bir neçə digər NATO müttəfiqi NATO-nun baş katibi Mark Ruttenin Ukraynaya hərbi yardımı artırmaq üçün iddialı planını blokladılar. Bu barədə Oxuməni.az The Telegraph-a istinadən məlumat verib.
Rutte təklifi Ankarada keçirilən illik NATO sammitində təsdiqləməyə ümid edirdi. Artıq ÜDM-nin 0,25%-dən çoxunu Ukraynaya yardıma xərcləyən ən azı yeddi üzv dövlət bu ideyanı dəstəklədi.
Lakin, NATO-nun istənilən qərarı bütün ittifaq üzvlərinin yekdil dəstəyini tələb edir və beş ölkə bunu bloklayıb. Bunların arasında Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada da var.
Bu, London üçün xüsusilə ağrılı xəbərdir: Böyük Britaniya özünü Ukraynanın ən sadiq müttəfiqlərindən biri kimi təqdim edir. Bu həftə Starmer hökuməti Rusiya neft məhsullarının idxalına sanksiyaları yumşaltdığına görə artıq tənqid atəşinə tutulub.
Britaniyanın rəsmi töhfəsi - ildə 3 milyard funt sterlinq və ya ÜDM-in təxminən 0,1%-i - ABŞ və Almaniyadan sonra üçüncü ən böyükdür, lakin təklif olunan həddən xeyli aşağıdır.
Kill İnstitutuna görə, Hollandiya, Polşa və Skandinaviya və Baltikyanı ölkələr artıq ÜDM-in 0,25%-i və ya daha çox xərcləyirlər.
Avropanın üçüncü, dördüncü və beşinci ən böyük iqtisadiyyatları olan Fransa, İspaniya və İtaliya müntəzəm olaraq kifayət qədər töhfə vermədiklərinə görə tənqidlərlə üzləşirlər.
Planın bloklanması NATO daxilində daha geniş etimad böhranı fonunda baş verir. Praqada keçirilən GLOBSEC forumunda Avropa liderləri Amerika silahlarına etibar etməyə davam edib-etməməyi müzakirə etdilər - Donald Trampın prezidentliyi dövründə ABŞ alyans üçün qeyri-müəyyənlik mənbəyinə çevrilib.
May ayının ortalarında ABŞ ordusu gözlənilmədən Polşaya 4000-dən çox əsgərin göndərilməsini ləğv etdi. Daha sonra Tramp şəxsən müdaxilə etdi və Hegsethdən göndərilmənin niyə ləğv edildiyini soruşdu.
Əziz MUSTAFA


















.jpg)
































































