Böyük Britaniyada TikTok və YouTube uşaqlar üçün təhlükəsiz sayılmayıb

Böyük Britaniyada TikTok və YouTube uşaqlar üçün təhlükəsiz sayılmayıb

16:03
Bəyəndim (2) Bəyənmədim (0)


TikTok və YouTube platformalarındakı məzmun uşaqlar üçün «kifayət qədər təhlükəsiz» deyil, çünki platformalar əhəmiyyətli dəyişikliklər etməyi rədd ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın rabitə tənzimləyicisi “Ofcom”-un hesabatında bildirilir.
Əvvəllər Ofcom beş ən böyük sosial şəbəkəni – Meta (Facebook, Instagram), Roblox, Snap (Snapchat), TikTok və YouTube-u aprelədək uşaqların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırmışdı.
TikTok və YouTube kifayət qədər təhlükəsiz sayılmayıb, çünki onların alqoritmləri hələ də uşaqlara zərərli məzmunu tövsiyə edir. Eyni zamanda Meta, Roblox və Snap yeni qoruyucu vasitələrin tətbiqinə razılıq veriblər.
Hesabata daxil edilmiş sorğuya əsasən, 11–17 yaş arası yeniyetmələrin 7-si potensial zərərli və ya qorxuducu məzmunla qarşılaşdıqlarını bildirir. Belə məzmuna rast gələn uşaqların yalnız 15 %-i gördüklərini böyüklərə danışır.
Respondentlərin 51 %-i yaş təsdiqinin fotoşəkil, şəxsiyyət vəsiqəsi və ya pasport vasitəsilə tələb olunduğu hallarla üzləşdiklərini qeyd edib.
Almaz Həsənli