Alberta Kanadadan ayrılmaq üçün referendum keçirəcək

Alberta Kanadadan ayrılmaq üçün referendum keçirəcək

11:22
Bəyəndim (0) Bəyənmədim (0)


Kanadanın neft əyaləti Alberta oktyabr ayında sakinlərinin Kanadanın tərkibində qalmaq və ya ayrılma prosesinə başlamaq istəyib-istəməməsi ilə bağlı məşvərətçi, qeyri-məcburi referendum keçirəcək. Oxuməni.az “Reuters” agentliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə Baş nazir Daniel Smit məlumat verib.
Smit 21 may tarixli çıxışında referendumun əyalətin Kanadadan ayrılmasına səbəb olmayacağını bildirib. Lakin, əgər albertalılar "bəli" səs verərsə, bu, əyalət hökumətinə vətəndaşlarının hansı istiqamətdə hərəkət etmək istədiklərini anlamağa kömək edəcək.
Alberta Baş naziri əyalətin Kanadanın tərkibində qalmasını dəstəklədiyini və referendumda belə səs vermək niyyətində olduğunu bildirib.
Səsvermə 19 oktyabra təyin edilib.
Almaz Həsənli