ABŞ Polşaya 5000 əsgər göndərəcək
ABŞ Polşaya əlavə 5000 əsgər göndərəcək. ABŞ prezidenti Donald Tramp bunu sosial media hesabı Truth Social-da açıqlayıb.
Dövlət başçısı qərarını Karol Navrotskinin keçən ilki seçkilərdə qələbəsi ilə əlaqələndirib.
Tramp açıqlamasında bildirib: "Qürurla dəstəklədiyim Karol Navrockinin uğurla seçilməsini və onunla münasibətlərimizi nəzərə alaraq, ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini məmnuniyyətlə elan edirəm".
Xatırladaq ki, Müdafiə Nazirliyinin sözçüsü Joel Valdez 18 mayda bildirib ki, Polşaya 4000 Amerika əsgərinin göndərilməsinin ləğvi qərarı çoxsəviyyəli məsləhətləşmələrdən sonra verilib və birdən-birə deyil.
Məlum olduğu kimi, Trampın ABŞ-da təsdiq reytinqi son zamanlar durmadan azalır və hazırda ən aşağı nöqtəsinə çatıb.
Əziz Mustafa


















































































