ABŞ-da daha bir yüksək vəzifəli istefa
Robert Kennedinin kiçik oğlunun həyat yoldaşı Amarillis Foks Kennedi, ABŞ prezidenti Donald Trampın administrasiyasındakı iki mühüm vəzifəsindən ayrılmaq niyyətindədir. Oxuməni.az xəbər verir ki, "The Washington Post" qəzetinin məlumatına görə, o, Tulsi Qabbardın rəhbərliyi altında Milli Kəşfiyyatın direktor müavini və Büdcə İdarəsində direktor müavini vəzifələrini tərk edəcək. Məlumatlı mənbələrin bildirdiyinə görə, istefa cümə günü qüvvəyə minəcək.
Foks Kennedinin istefasının səbəblərindən biri kimi Trampın İrana qarşı hərbi siyasəti ilə razılaşmaması göstərilir. Mayın 8-də həmkarlarına yazdığı məktubda o, birbaşa müharibəyə toxunmasa da, özəl sektora qayıtmaq niyyətini açıqlayıb. Məktubda o, ananın Tanrının ən böyük hədiyyəsi olduğunu vurğulayıb və iki il seçki kampaniyasında, bir il isə administrasiyada çalışdıqdan sonra ailəsinin ehtiyaclarına diqqət yetirməli olduğunu bildirib. O, həmçinin Tramp administrasiyasındakı fəaliyyətinə görə təşəkkürünü bildirib.
Daha əvvəl Amarillis Foks Kennedi səkkiz il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) zabiti kimi xidmət edib. Administrasiyada o, üçüncü funksiyasını yerinə yetirməyə davam edəcək – prezident yanında Kəşfiyyat Məsləhət Şurasının üzvü olacaq.
Tulsi Qabbard rəsmi açıqlamasında Foks Kennediyə onun rəhbərliyi və görkəmli xidmətləri üçün təşəkkür edib, kəşfiyyat agentliklərinin fəaliyyətinin administrasiyanın məqsədlərinə uyğunlaşdırılmasında onun töhfəsini qeyd edib.
Almaz Həsənli



























































.png)













.jpg)







