Reuters: Moskvanın Kapotnya Neft Emalı Zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb
Kapotnya neft emalı zavodu 17 mayda Moskvaya edilən dron hücumundan sonra fəaliyyətini dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat verib.
Onların sözlərinə görə, dron hücumu zavoda kiçik ziyan vurub, lakin təhlükəsizlik səbəbi ilə əməliyyatların dayandırılması qərarı verilib. Agentliyin mənbələri zavodun yenidən işə salınmasının bir neçə gün çəkəcəyini bildiriblər.
Kapotnya neft emalı zavoduna sahib olan “Qazpromneft”, “Reuters”-in şərh sorğusuna cavab verməyib.
2022-ci ildə Moskva meri Sergey Sobyanin bildirib ki, Kapotnya neft emalı zavodunun Moskvanın yanacaq bazarındakı payı 40%-dən çoxdur. Ryazan Neft Emalı Zavodu Moskva və Moskva bölgəsi üçün digər əsas yanacaq tədarükçüsüdür. 15 mayda dron hücumundan sonra fəaliyyətini dayandırıb.
Almaz Həsənli






































.png)













.jpg)




























