Ermənistan İstintaq Komitəsi Karapetyanın qardaşı oğluna qarşı cinayət işi açıb
Ermənistan İstintaq Komitəsi "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın qardaşı oğluna qarşı rəsmi status almasına və ya saxlamasına mane olacaq məlumatları gizlətdiyinə görə (Ermənistan Cinayət Məcəlləsinin 449-cu maddəsinin 1-ci hissəsi) cinayət işi açıb. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat açıqlamasında bildirilir.
Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə ərizə təqdim edərkən Narek Karapetyan başqa ölkənin vətəndaşı olmadığını bildirib. İstintaq Komitəsinin mətbuat açıqlamasına görə, bu, onun rəsmi status almasına mane olub.
Əvvəllər Narek Karapetyan özü ikili vətəndaşlığa malik olduğunu inkar edib. "Mən Rusiya Federasiyasının vətəndaşı deyiləm. Ermənistan Respublikasından başqa heç bir vətəndaşlığım yoxdur və heç vaxt olmayıb", - deyə o, video müraciətində Ermənistan Parlamentinin spikeri Alen Simonyanın Facebook səhifəsindəki paylaşımına, xüsusən də N.K.-nın Rusiya vətəndaşı kimi qeyd olunduğu Rusiya Federasiyasının Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarışa şərh verərək bildirib.
"Güclü Ermənistan" Samvel Karapetyanın dövlət çevrilişinə təhrik etməkdə ittiham edildikdən sonra onun təşəbbüsü ilə yaradılan partiyadır. O, dekabr ayından bəri ev dustaqlığındadır. Biznesmen qarşıdan gələn seçkilərdə partiyadan baş nazirliyə namizədliyini irəli sürməyi planlaşdırır. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Almaz Həsənli





































.png)













.jpg)





























