Konqo azarkeşlərinin 2026-cı il Dünya Çempionatı üçün ABŞ-a girişi qadağan edilə bilər
Afrika ölkələrində Ebola epidemiyası səbəbindən Konqo Demokratik Respublikas milli komandasının azarkeşlərinin ABŞ-da keçiriləcək 2026-cı il Dünya Kubokunun oyunlarına qatılması qadağan edilə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” məlumat verib.
ABŞ gücləndirilmiş sağlamlıq nəzarəti tətbiq edib və Uqanda, Konqo Demokratik Respublikası və ya Cənubi Sudanı ziyarət edən xarici vətəndaşlar üçün müvəqqəti giriş qadağası elan edib.
Bununla belə, Dünya Kubokuna vəsiqə qazanan Konqo Demokratik Respublikası milli komandasının oyunçularının mənfi test nəticələri olduqda ABŞ-a girişinə icazə veriləcək. Bu məhdudiyyətlər xüsusilə Konqo azarkeşlərinə təsir göstərir. Turnirdən əvvəl giriş qadağası qaldırılsa belə, Konqo azarkeşləri yenə də oyunlara qatıla bilməyəcəklər, çünki ABŞ-a gəldikdən sonra bir neçə həftə təcrid olunmalı və karantində qalmalı olacaqlar.
Almaz Həsənli
































.png)













.jpg)


































