Mango mağazalar şəbəkəsinin təsisçisinin oğlu atasının qətlində şübhəli bilinərək saxlanılıb

Mango mağazalar şəbəkəsinin təsisçisinin oğlu atasının qətlində şübhəli bilinərək saxlanılıb

16:01
Bəyəndim (1) Bəyənmədim (0)


Kataloniya polisi, Mango geyim mağazaları şəbəkəsinin təsisçisi İsaak Andikin qətlində şübhəli bilinən Conatan Andiki saxlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib. 71 yaşlı sahibkar 2024-cü ilin dekabrında uçurumdan yıxılaraq həlak olub. Əvvəlcə ölüm hadisəsi qəza kimi qiymətləndirilib və onun oğlu da bu versiyada israr edib.
İspaniyanın TVE agentliyi mənbəyə istinadən xəbər verir ki, Conatan Andik istintaq təcridxanasına aparılıb. Yaxın saatlarda o, məhkəməyə çıxarılacaq. Andik ailəsinin nümayəndəsi bildirib ki, saxlanılan şəxs atasının ölümünün istintaqında hakimiyyət orqanları ilə əməkdaşlıq edəcək. İşlə bağlı əlavə təfərrüatlar hələlik məlum deyil.
İsaak Andik 2024-cü il dekabrın 14-də Barselona əyalətində uçurumdan yıxılaraq həlak olub. Həmin gün o, oğlu ilə gəzintidə olub və oğlan hadisənin yeganə şahidi olub. Bir neçə həftə sonra iş adamının ölüm işi bağlansa da, 2025-ci ilin martında Martorell şəhər məhkəməsi istintaqı yenidən bərpa edib. Polisə mərhumun varisinin ziddiyyətli ifadələri şübhə doğurub. Həmçinin məlum olub ki, dağlara getməzdən əvvəl atasının cangüdənindən "onları tək buraxmasını" xahiş edib. Bundan əlavə, Conatan Andikin qız yoldaşı, qolfçu Estefaniya Knut, onun atasından "bəzən gərgin" münasibətləri olduğunu bildirib, “AFP” qeyd edir.
İsaak Andik 1984-cü ildə qardaşı Naxmanla birlikdə Mango şirkətini təsis edib. 2023-cü ilin məlumatlarına görə, şirkətin gəliri 3,1 milyard avro təşkil edib. Andikin sərvəti 4,5 milyard dollar dəyərində qiymətləndirilib. O, İspaniyanın ən varlı 5 adamı arasında yer alıb.
Almaz Həsənli