Dubayda yalnız qadınlar üçün 24 saat giriş imkanı olan dünyanın ilk özəl çimərliyi açılıb.
Dubayda yalnız qadınlar üçün 24 saat giriş imkanı olan dünyanın ilk özəl çimərliyi açılıb. The Independent qəzetinin məlumatına görə, yeni istirahət zonası şəhərin sahil infrastrukturunun genişmiqyaslı təmirinin bir hissəsi olaraq açılıb.
Bu, əmirliyin şimal-şərq hissəsində yerləşən Əl Mamzar çimərliyidir. Artıq həm yerli sakinlər, həm də turistlər üçün açıqdır.
Yeni məkanın əsas xüsusiyyəti qadın qonaqlar üçün tam məxfiliyidir. Ərazi xüsusi çəpərlər, təhlükəsizlik sistemləri və fotoqrafiya və video çəkilişini qadağan edən ciddi qaydalarla təchiz olunub.
Bundan əlavə, çimərlikdə yalnız qadın işçilər — mühafizəçilər, xilasedicilər və texniki işçilər çalışacaq.
Birləşmiş Ərəb Əmirliklərində artıq ayrıca qadın çimərlik zonaları və ya xüsusi "qadın günləri" mövcuddur, lakin Əl-Məmzər qadınlar üçün 24/7 giriş imkanı olan ilk çimərlikdir.
Çimərlik təxminən 125.000 kvadratmetr sahəni əhatə edir. Orada uşaq meydançası da tikilib. Lakin altı yaşdan kiçik oğlanların çimərliyə yalnız analarının müşayiəti ilə buraxılmasına icazə verilir.
Əziz MUSTAFA















.png)










.jpg)























































