Estoniya səhvən ölkə ərazisinə daxil olan pilotsuz təyyarəni vurub
Estoniya ordusu ilk dəfə Ukraynaya məxsus ola biləcək və. səhv"ən ölkə ərazisinə daxil olan pilotsuz təyyarəni vurub. Bu barədə Estoniya Müdafiə naziri Hanno Pevkur çərşənbə axşamı, 19 may tarixində məlumat verib.
Onun sözlərinə görə, pilotsuz təyyarə Baltikyanı ölkələr üzərində patrul edən qırıcı təyyarələr tərəfindən vurulub. Bu, Estoniyanın mərkəzi-cənub hissəsində - Rusiya ilə şərq sərhədi ilə Riqa körfəzi sahili arasında baş verib. Bu, Rusiya sərhədindən təxminən 80 kilometr məsafədədir.
"Bu, ilk dəfədir ki, özümüz pilotsuz təyyarəni vururuq", - deyə Pevkur bildirib.
O əlavə edib ki, bu, çox güman ki, Rusiyadakı hədəfinə doğru "yolunu azan" Ukrayna PUA-sıdır.
Agentlik bildirir ki, pilotsuz təyyarə təhlükəsi səbəbindən Estoniya və Latviyanın bəzi yerlərində hava hücumu sirenləri səsləndirilib. Lakin hava nəqliyyatı fasiləsiz davam edib.
Bu səhər Rusiyanın şimal-qərb bölgəsi pilotsuz təyyarələrin hücumlarına məruz qalıb və nəticədə Sankt-Peterburqdakı Pskov və Pulkovo hava limanları bağlanıb. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri guya bölgə üzərində iki pilotsuz təyyarəni vurub.
Estoniya əvvəllər Ukraynanı dronları daha yaxşı izləməyə çağırıb. Tallinn Kiyevin Rusiya hədəflərinə hücum etmək hüququnu dəstəkləyir, lakin hakimiyyət NATO ərazisi üçün risklərdən narahatdır.
Həmçinin bildirilib ki, Estoniya pilotsuz təyyarələrin monitorinq sistemi yaradacaq.
Əziz MUSTAFA















.png)









.jpg)
























































