Dronlar Rusiyada neft obyektinə hücum edib
Ukraynaya məxsus dronlar Rusiyanın daha bir yanacaq-enerji obyektinə hücum edib İlkin məlumatlara görə, Yaroslavl-3 neft nasos stansiyası dron hücumlarına məruz qalıb
Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev bölgənin dron hücumuna məruz qaldığını və Yaroslavlın Moskvaya doğru gedən kənarında nəqliyyatın hərəkətini dayandırdığını bildirib. Bölgədə əvvəllər dron xəbərdarlığı edilmişdi.
Məlumatlara görə, dronlar Transneft şirkətinə məxsus Yaroslavl-3 neft nasos stansiyasını hədəfə alıb. Bu, neft yataqları, yığım stansiyaları və emal zavodları arasında nəql edən əsas neft boru kəməri sisteminin bir hissəsidir.
Prezident Vladimir Zelenski bildirib ki, son aylarda Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr Rusiyanı neft emalı gücünün 10%-dən məhrum edib.
Rusiyada neft hasilatı 2020-ci il pandemiyası səviyyəsinə düşüb. Neft hasilatının azalması Ukraynanın Rusiyanın ixrac infrastrukturuna kütləvi dron hücumları ilə əlaqələndirilir.
Əziz MUSTAFA










.jpg)

.png)





































































