Almaniya Türkiyənin cənub-şərqində Patriot hava hücumundan müdafiə sistemləri yerləşdirəcək
İranla bağlı münaqişə fonunda Almaniya Türkiyənin cənub-şərqində Patriot hava hücumundan müdafiə raket sistemi yerləşdirəcək. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Almaniya müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, "Almaniya NATO daxilində daha çox məsuliyyət daşıyır. Biz bunu şərq cinahında, Şimalda və indi də NATO-nun Türkiyədəki cənub-şərq cinahında edirik".
"Patriot" sisteminin və Huzumdan (Şlezviq-Holşteyn federal torpağı-red.) təxminən 150 alman əsgərinin iyunun sonundan sentyabr ayına qədər Türkiyədə yerləşdirilməsi planlaşdırılır. Onlar oradakı ABŞ ordusu bölməsini əvəz edəcək.
Bundesver Patriotları sonuncu dəfə 2013-cü ildən 2015-ci ilə qədər Suriya sərhədindən təxminən 120 kilometr aralıda, Türkiyənin Kahramanmaraş şəhəri yaxınlığında NATO-nun "Aktiv Hasar" missiyasının bir hissəsi olaraq Türkiyəyə yerləşdirilib.
Almaz Həsənli




.jpg)














































































