Avropada Rusiya ilə danışıqlar aparmaq üçün üç namizəd müəyyənləşdirilib
Almaniyanın sabiq kansleri Angela Merkel, Finlandiya prezidenti Aleksandr Stubb və İtaliyanın sabiq baş naziri Mario Draqi Rusiya ilə danışıqlar aparmaq üçün namizəd ola bilərlər. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Məqalədə qeyd olunur ki, Merkel həm prezident Vladimir Putinlə, həm də onun həmkarı Volodimir Zelenski ilə birbaşa danışıqlar təcrübəsinə malikdir. Lakin "çoxsaylı avropalılar" onun uğursuz vasitəçilik təcrübəsinin təyinatına qarşı arqument ola biləcəyini düşünürlər.
Stubb da vasitəçilik təcrübəsinə malikdir və şəxsən "bu məsələyə dəfələrlə maraq göstərib". Eyni zamanda, Politico-nun fikrincə, Finlandiyanın NATO üzvlüyü onun Rusiya üçün cəlbediciliyini azalda bilər.
İtaliyanın sabiq baş naziri isə Avropada hörmətə malikdir və nə həddindən artıq müharibə tərəfdarı, nə də Kremlin tərəfdarı hesab olunmur. Lakin onun şəxsən danışıqlarda vasitəçi olmaqda maraqlı olduğuna dair heç bir əlamət yoxdur.
"Kiyevin düşüncə tərzini bilən şəxslər iddia edirlər ki, elçi Aİ-nin güclü dəstəyinə malik olmalı, lakin Putin tərəfindən etibar edilməyən blokun özündən olmamalıdır. Bu, Norveçin xarici işlər naziri Espen Bart Eyde, Yaxın Şərq üzrə təcrübəli mütəxəssis və ya hər iki tərəflə əlaqələri qoruyan Hindistanın xarici işlər naziri Cayşankar kimi şəxslərə işarə edə bilər", - Politico yazıb.
Almaz Həsənli



















































































