Rusiyada 8 yaşlı azərbaycanlı qız PUA hücumu zamanı həlak olub
Mayın 15-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Ryazan şəhərinə hücumu zamanı 8 yaşlı azərbaycanlı qız həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə "Oblastnaya ryazanskaya qazeta" xəbər verib.
Qəzetin məlumatına görə, uşağın cəsədinin dağıntılar altından çıxarılmasında onun atası da iştirak edib. Ata öz faciəli hekayəsini belə bölüşüb: "Gecə partlayışın baş verdiyi yerdə mən olmalıydım. Bəzən evə gec qayıdanda ailəmi oyandırmamaq üçün zalda yatıram.
O faciəli gecə evə girəndə gördüm ki, qızım orada yatır. Onu çarpayısına aparmaq istədim, amma o mənə baxıb sakitcə dedi: "Ata, mən burada yatacağam, sən isə xahiş edirəm ananın yanına get". Sonra gecə, FHN əməkdaşları ilə birlikdə onun cəsədini beton qırıntıları yığınından çıxardım", - deyə o bildirib.
Almaz Həsənli



















































































