Rusiya, Çin və ABŞ Avropa Birliyini məhv etmək istəyirlər
Rusiya, ABŞ və Çin bölünmüş Avropada maraqlıdırlar. Oxuməni.az “Politico”-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
"Bu güclər niyə Avropa Birliyini məhv etmək istəyirlər? Çünki birlikdə biz daha güclüyük", - deyə o, Tallində keçirilən Lennart Meri Konfransında bildirib. "Onlar Avropa Birliyini sevmirlər, bu, tamamilə aydındır", - Kallas əlavə edib.
"Amma biz onların Aİ-ni niyə sevmədiyini; Çinin Aİ-ni, Rusiyanın niyə onu sevmədiyini anlamalıyıq. Çünki əgər biz birlikdə dayanırıqsa, birlikdə hərəkət etsək, onda bərabərik, güclüyük", - Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.
Kallas qeyd edib ki, "əlbəttə ki, bərabər güc kimi çıxış edə bilən bir blokla müqayisədə daha kiçik olan ayrı-ayrı ölkələrlə işləmək "daha asandır". Onun sözlərinə görə, "Mənim sizinlə əla münasibətlərim var, amma Avropa Birliyini sevmirəm" kimi ritorika ABŞ-ın "parçala və hökmranlıq et" strategiyasının bir hissəsidir.
Bu baxımdan, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas üzv dövlətləri Vaşinqtonla ikitərəfli müqavilələr bağlayaraq bloku zəiflətməməyə çağırdı. "Mən çox narahatam, çünki bəzən bəzi ölkələrin bu yolla getdiyini görürəm. Bölünmə həqiqətən də işə yarayır", Kallas deyib.
Almaz Həsənli



















































































