Türkiyə və Qazaxıstan birgə ANKA PUA-ları istehsal edəcək

Türkiyə və Qazaxıstan birgə ANKA PUA-ları istehsal edəcək

14:00
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan və Türkiyə ANKA PUA-larının istehsalı üçün birgə müəssisənin yaradılması haqqında müqavilə imzalayıblar. Akorda-nın məlumatına görə, sənəd Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

ANKA PUA-sı Türk Aerokosmik Sənayesi tərəfindən hazırlanıb və kəşfiyyat, müşahidə və zərbə missiyaları üçün nəzərdə tutulub. ANKA-nın maksimum uçuş çəkisi 1700 kq-dır, 350 kq-a qədər faydalı yük daşıya bilir, 30 saata qədər havada qala bilir və 9000 metrə qədər yüksəkliyə çata bilir.

Tokayev və Ərdoğan həmçinin Qazaxıstan və Türkiyə arasında Əbədi Dostluq və Genişləndirilmiş Strateji Tərəfdaşlıq Bəyannaməsini imzalayıblar. İki lider KazMunayGaz və Türkiyə Neft Korporasiyası (Trkiye Petrolleri Anonim Ortakl) arasında neft hasilatı ilə bağlı memorandum və müqavilə imzalayıblar. "KazMunayGaz" şirkətinin də daxil olduğu "Samruk-Kazyna Holding" qeyd edib ki, müqaviləyə əsasən, şirkətlər Qazaxıstan, Türkiyə və digər ölkələrdə karbohidrogen hasilatı üçün neft-mədən xidmətləri aktivlərindən istifadə edəcəklər. Memorandumda neft-qaz sektorunda, o cümlədən "Xəzər dənizinin Qazaxıstan sektoru da daxil olmaqla" investisiyalar və birgə layihələrdə əməkdaşlıq şərtləri müəyyən edilib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda dövlət səfərindədir.

Əziz MUSTAFA