Prinston Universiteti 133 ildə ilk dəfə Süni İntellektə görə imtahan qaydalarına dəyişiklik edir
ABŞ-ın ən qədim universiteti olan Prinston Universiteti 1 iyuldan etibarən yalnız müəllim heyətinin nəzarəti altında əyani imtahanlar keçirməyə başlayacaq.
Oxuməni.az xəbər verir ki, Universitetin nəşri olan “The Daily Princetonian”-a görə, dəyişiklik 1893-cü ildə yaradılmış universitetin Şərəf Kodeksində edilir. Bir müəllimdən başqa hamısı dəyişikliyi dəstəkləyib.
Səsvermə süni intellektin (Sİ) geniş yayılması səbəbindən akademik dürüstlüyün pozulmasının qarşısının alınması ilə bağlı müzakirənin nəticəsi olub. 2025-ci ildə aparılan tələbə sorğusuna görə, tələbələrin 29,9%-i imtahanlarda fırıldaqçılıq edib. Demək olar ki, yarısı Şərəf Kodeksinin pozulması barədə bilirdi, lakin bu barədə məlumat verməməyi seçib. Yalnız 0,4%-i pozuntu barədə məlumat verdiyini bildirib.
1 iyuldan etibarən müəllim heyəti imtahanlarda nəzarətçi kimi iştirak edəcək. 1893-cü ildən bəri imtahanlar müəllim heyətinin nəzarəti olmadan keçirilir. Sistem fərdi tələbə məsuliyyətinə əsaslanırdı - onlar fırıldaqçılıqdan çəkinəcəklərinə və qayda pozuntularını özləri bildirəcəklərinə söz veriblər.
Almaz Həsənli



















































































