BƏƏ ilin sonuna qədər Hörmüz boğazından yan keçən yeni neft kəməri inşa edəcək
BƏƏ 2027-ci ilə qədər Hörmüz boğazından yan keçən yeni neft kəməri inşa edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" dövlətə məxsus Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) planlarına istinadən məlumat verib.
Layihə neftin münaqişə zonasından yan keçərək birbaşa Fuceyra limanından ixracına imkan verəcək. Yeni boru kəməri ADNOC-un xam neft tədarük gücünü ikiqat artırmaq üçün nəzərdə tutulub.
Hazırda BƏƏ-nin Fuceyra limanına bir boru kəməri var — təxminən 400 km uzunluğunda və gündə 1,5 milyon barel tutumu olan, 1,8 milyon barelə qədər genişləndirilə bilən ADCOP (Əbu-Dabi Xam Neft Kəməri), lakin bu, kifayət deyil.
Əl-Ərəbiyyə həmçinin qeyd edir ki, Fuceyra limanı son vaxtlar dəfələrlə atəşə və dron hücumlarına məruz qalıb və onun infrastrukturu bu cür hücumlara qarşı həssas olaraq qalır. Lakin, bəyanatda vurğulanır ki, davam edən münaqişə fonunda BƏƏ-nin ixrac potensialını reallaşdırmaq üçün başqa variantları yoxdur.
Fuceyra Limanı Hörmüz boğazından təxminən 130 km məsafədə yerləşir. Dünyanın dörd ən böyük bunker anbarından biridir, lakin burada nəinki karbohidrogenlərin daşınması, həm də saxlanması həyata keçirilir: ümumi neft saxlama tutumu 110 milyon bareli keçib. Əsas obyektlərə Əl Mandos layihəsinin 42 milyon barel tutumu olan yeraltı xam neft saxlama mağaraları daxildir. Qayaya həkk olunmuş bu mağaralar dron və kruiz raket hücumlarına davamlı olmaq üçün nəzərdə tutulub.
Almaz Həsənli



















































































