“El-Niño”-nun bu il təkrarlanacağı gözlənilir
Tədqiqatçılar, müşahidə tarixinə düşən ən güclü iqlim hadisələrindən biri olan “El-Niño”-nun təkrarlanma ehtimalının artması barədə xəbərdarlıq edirlər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Alimlər “El-Niño”-nun 2026-cı ilin iyun ayında geri qayıtma ehtimalını 70% qiymətləndirirlər.
Ən böyük ziyanı 1877-1878-ci illərdə quraqlıq və aclığa səbəb olan, Hindistan, Çin, Braziliya və digər ölkələrdə 50 milyondan çox insanın ölümünə yol açan "Super El-Niño" gətirmişdi. O zaman bu, planetin o dövrdəki əhalisinin 3-4%-nə bərabər idi ki, bu da bu gün baş versəydi, ən azı 250 milyon insana ekvivalent olardı.
Vaşinqton Dövlət Universitetinin dosenti Dipti Sinqx xəbərdarlıq edib: "1870-ci illərdəki kimi eyni vaxtda baş verən çoxillik quraqlıqlar təkrarlana bilər. İndi vəziyyət dəyişib, atmosferimiz və okeanlarımız 1870-ci illərdən xeyli istidir, bu da onlarla əlaqəli ekstremal hadisələrin daha da güclü ola biləcəyi deməkdir."
El-Niño (İspan dilindən tərcümədə - "oğlan") Sakit Okeanın ekvatorial hissəsində dəniz səthinin temperaturunun normadan yüksək olduğu təbii iqlim hadisəsidir. Bu isə öz növbəsində bütün dünyada hava şəraitini dəyişir. Bu il okeanın bu hissəsində temperaturun ortalamadan 3 dərəcə Selsi yüksələ biləcəyi və rekordları qırıla biləcəyi gözlənilir. Nəticədə iqlim dəyişir, uzunmüddətli quraqlıqlar mümkündür.
Almaz Həsənli



















































































