Tramp: Çin Amerika nefti və soya paxlası almaq istəyir
Çin, Amerika Birləşmiş Ştatlarından neft və soya paxlası almaqda maraqlı olduğunu bildirib. Oxuməni.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə cümə axşamı gecə, Çin Xalq Respublikasının sədri Si Cinpinlə Pekində keçirilən iki saatlıq danışıqlardan sonra "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
İran neftinin əsas xarici alıcısı olan Çin, Trampın 2025-ci ildə ÇXR ilə "ticarət müharibəsinə" başlamazdan əvvəl ABŞ-dan kiçik həcmdə neft alırdı. Bundan əlavə, AFP agentliyinin xatırlatdığına görə, Pekin Braziliyadan tədarüklərə keçərək, Amerika soya lobyası alqısını kəskin şəkildə azaldıb.
Ağ Evin başçısı eyni müsahibədə ÇXR sədri "bəlkə də" Tehrana təsir edə biləcəyinə ümid etdiyini bildirib. Trampın sözlərinə görə, Si ona Çinin ABŞ və İsrailin İranla müharibəsinin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpa edilməsi ilə bağlı danışıqlara kömək etmək istədiyini söyləyib. Tramp həmçinin bildirib ki, Çin lideri ona İslam Respublikasına silah tədarük etməyəcəyinə söz verib.
Almaz Həsənli



















































































