Kanadanın Baş naziri  ölkənin ərazi bütövlüyünü qorumaq üçün separatçılara güzəştə gedib

Kanadanın Baş naziri ölkənin ərazi bütövlüyünü qorumaq üçün separatçılara güzəştə gedib

11:23
Bəyəndim (1) Bəyənmədim (0)

Məhkəmə Alberta əyalət sakinlərinin Kanadadan ayrılmaq üçün verdiyi ərizəni rədd etdikdən sonra Baş nazir Mark Karni onlara güzəştə getməyə məcbur olub. O, əyalət sakinləri üçün üçün ən yaxşı yerin şübhəsiz ki, Kanada olduğunu elan etdi. Karni həmçinin hökumətin yerli əhalini zənginləşdirəcək və bölgədəki vəziyyəti yaxşılaşdıracaq yeni bir neft kəməri çəkəcəyinə işarə etdi. Bu barədə Oxuməni.az CBC və The Wall Street Journal-a istinadən məlumat yayıb.
Kanada Baş naziri sürətləndirilmiş şəbəkə inkişafı strategiyasını təqdim etdi. Kanada indi əvvəlki kursundan köklü şəkildə uzaqlaşaraq təbii qaz turbinlərinə diqqət yetirəcək.

Əvvəlki Liberal proqram yalnız dekarbonizasiyaya yönəlmişdi. Bu yanaşma qərb əyalətlərində şiddətli müqavimətə səbəb oldu. Alberta və Saskaçevan böyük qazıntı yanacaq ehtiyatlarına malikdir və illərdir iqtisadiyyatlarını inkişaf etdirmək hüququnu tələb edirlər.
Bu gün Mark Karni və Alberta Baş naziri Daniel Smit birgə qərar elan etməlidirlər. Tərəflər xüsusi sənaye karbon qiymət rejimi barədə razılığa gəliblər. Bu qərar genişmiqyaslı neft kəməri layihəsinin yolunu açır.

Federal hökumət xam neftin nəqlini dəstəkləməyə hazırdır. Lakin Baş nazir vurğuladı ki, bu, son təsdiq demək deyil.

Boru kəmərinin işə salınması üçün bir neçə ciddi şərt var: özəl sektorun tam dəstəyi və əyalətdə sənaye emissiyaları üçün sərt qiymət rejimi.

Karni əyalətin ayrılmaq və ya heç olmasa tam muxtariyyət əldə etmək səyləri fonunda belə möhtəşəm vədlər verdi.

Əziz MUSTAFA